Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır

Qalibaf: ABŞ İranı zəiflətməyə və parçalamağa çalışır
DÜNYA
03:05 16.07.2026
917
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf xalqa müraciətində ABŞ-ın İranı zəiflətməyə və parçalamağa çalışdığını iddia edib.

Qalibaf bildirib ki, ABŞ-ın strategiyası yalnız İran İslam Respublikası sistemini dəyişdirmək deyil, həm də ölkənin ərazi bütövlüyünü hədəf almaqdır.

O vurğulayıb ki, İran müharibə istəmir, lakin daim müdafiəyə hazır olmalıdır. Bununla yanaşı, diplomatiya və danışıqların milli maraqların qorunması və möhkəmləndirilməsi üçün vacib vasitələr olduğunu, bu iki istiqamətin bir-birinə zidd qiymətləndirilməməli olduğunu deyib.

Qalibaf İranın müharibə dövründə Hörmüz boğazını bağlamasını düzgün addım adlandıraraq bildirib ki, bu qərar milli təhlükəsizliyin qorunması baxımından əsaslı olub.

Onun sözlərinə görə, İran danışıqlar zamanı Hörmüz boğazında tətbiq edilən qaydaların memorandumda əks olunmasına nail olub və bunu digər tələblərinin irəli sürülməsi üçün mühüm vasitə hesab edir.

Qalibaf əlavə edib ki, ABŞ hazırda bu nəticələrin təsirini azaltmağa çalışır, lakin İran öz imkanlarına arxalanaraq hüquq və maraqlarını müdafiə etməlidir.

O qeyd edib ki, hərbi imkanlarla diplomatiyanın uzlaşdırılması strateji zərurətdir.

Qalibaf vurğulayıb ki, danışıqlar güzəşt anlamına gəlmir, əksinə, müdafiə potensialı ilə yanaşı ölkənin strategiyasının tərkib hissəsidir.

Parlament sədri bildirib ki, İran rəhbərliyi ölkəyə qarşı atılan addımlara cavab verəcəyini düşünür və bu istiqamətdə Ali Rəhbərin göstərişlərinə uyğun hərəkət edəcək.

/APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı