Qalmaqallı “Matilda” filmi Park Cinemanın Lazer zalında nümayiş olundu

Qalmaqallı “Matilda” filmi Park Cinemanın Lazer zalında nümayiş olundu
SOSİAL
12:13 24.10.2017
1020

«Sevgi yoxsa Səhnə?»

AZXEBER.COM xəbərr verir ki, 23 oktyabr tarixində Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema kinoteatrının Lazer zalında Aleksey Uçitelin böyük marağa səbəb olmuş "Matilda” filminin media nümayişi baş tutmuşdur. Tədbirdə Opera və Balet tearından qonaqlar, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin media xidməti, tanınmış kinorejissorlar, bloggerlər, müğənnilər, digər tanınmış simalar və mədəniyyət xadimləri iştirak etmişlər. Tədbir Park Bulavr ticarət mərkəzi və Zeytun restoranının dəstəyi ilə həyata keçirildi.

Bu, xeyirxah şəhzadə və gözəl balerinadan, onların ehtiraslı məhəbbəti və bu məhəbbəti sındıran ictimai təbəqə maneələrindən, vətənə olan borcun iki gənc üçün təbii olan ehtrası məğlub etməsindən bəhs edən bir nağıldır. Adətən bu cür filmləri izləyərkən tamaşaçılar göz yaşlarına qərq olur: hər iki qəhrəmanı sevir, onların puç olmuş sevgilərinə üzülür, lakin öz borclarına olan sadiqliklərinə də rəğbət bəsləyirlər – "Roma tətilləri” filminin son səhnəsini xatırlayın, şəhzadə öz sevdiyi ilə baxışları ilə vidalaşaraq öhdəliklərinə qayıdır.

Bu, tarixi həqiqətə iddia etməyən, klassik balet ənənələrini hər zaman qoruyub saxlayan görkəmli balerina, lakin eyni zamanda rus taxtının son vəliəhdi Nikolaya II aşiq olmuş sıradan bir həssas qız olan Matildanın həyatından bəhs edən gözəl bədii filmdir.

Tarixdən isə yalnız növbəti kinomifə keçmişə aparan reallıq oxşarlığını verəcək faktlar götürülmüşdür: çar qatarının Borki stansiaysındakı qəzasının effektli şəkildə əks olunması, Xodınka faciəsinin təsirli şəkildə musiqi ilə uyğunlaşdırılması, gələcək imperatorun qəlbində qopan fırtınanın kulminasiyası kimi təqdim olunan təntənəli tacqoyma mərasimi. Tarixin də təsdiqlədiyi kimi, bu fırtınadan sonra dövlət qayğıları və ailə səadəti ilə birgə sərt imperiya quruluşuna qayıdışla onun qəlbinə sakitlik çökür, ta ki, final yazıların bizə xatırlatdığı tragik sonluğa dək.

Quruluşçu rejissor: Aleksey Uçitel

Prodüsser: Aleksey Uçitel, Aleksandr Dostman

Ssenari müəllif: Аleksandr Terexov

Baş rollarda: Danila Kozlovskiy, Yevgeniy Mironov, Qriqoriy Dobrigin, İngeborqa Dapkunayte, Lars Eydinger, Tomas Ostermayer, Luiza Volfram, Sara Şteyn, Qalina Tünina və digərləri.

 

2 gündən sonra isə Bakı tamaşaçıları Park Cinema kinoteatrının böyük ekranlarında "Matilda” filmini izləyəcək və Rusiya kinosu tarixində ən qalmaqallı filmi haqda öz fikirlərini formalaşdıra biləcəklər.

Balerina Matilda Kşesinskayanın həyatından bəhs edən "Matilda” filmi Rusiyada olduğu kimi Azərbaycanda da 26 oktyabr tarixində rus dilində azərbaycan altyazısı ilə ekranlara çıxacaq.

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı zalın yerləşdiyi Flame Towers, həmçinin Masallı rayonundakı "ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir..

Foto və kadrlar əlavədədir. Treyler: https://www.parkcinema.az/movies/view/5091/matilda#schedule

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR