Qalmaqallı süd reklamındakı qadın kimdir? - FOTOLAR-VİDEO

Qalmaqallı süd reklamındakı qadın kimdir? - FOTOLAR-VİDEO
Bütün Xəbərlər
15:00 12.09.2013
15243

Son günlər internetdə yayılan “Milla” Süd Zavodunun məhsulu ilə bağlı çəkilən reklam ətrafında söz-söhbət səngimək bilmir.

Zavod rəhbərliyinin azvision.az saytına açıqlamasında deyilir: “Son günlər müəyyən internet saytlarında və sosial şəbəkələrdə “Milla” brendinin adına xələl gətirmək üçün müəyyən xoşagəlməz reklam çarxları yayımlanmağa başlanılıb.

Bu reklam çarxlarının yayımlanması şirkətimizin imicinə, mənafeyinə xələl gətirmək üçün hazırlanıb və rəqib şirkətlər tərəfindən bizə qarşı anti-reklamdır. Biz “Milla” zavodu olaraq belə bir reklam çarxını tanımırıq və həmin reklam çarxı bizim tərəfimizdən çəkilib və yayımlanmasına icazə verilməyib”.

Reklamın rejissoru Zaur Qasımlı show.az saytına açıqlamasında şirkət tərəfindən ilk növbədə bu ssenarinin bəyənildiyini deyib: “Həmin şirkətə biz 5-6 ssenari təklif etmişdik. Düzü, mətnlə tanış olarkən düşündüm ki, bu fikir qəti surətdə rədd ediləcək. Ancaq şirkət nümayəndələri məhz bu ssenariyə baxan kimi xeyli güldülər və birmənalı şəkildə bunu təsdiqlədilər. Təbii ki, biz də həmin ssenariyə uyğun reklam çarxı çəkdik.”

Rejissordan bu işinin nə qədər uğurlu olduğunu soruşduqda isə maraqlı cavab alınıb: “Mən işimi layiqincə görmüşəm. Öz işimin arxasında da hər zaman dururam. Reklama yazılan rəylərlə də tanışam. Sadəcə hər kəsin fikrinə hörmətlə yanaşıram. Təəssüf ki, bizim gənclərimiz öz ideyalarını üzə çıxarmaqdan qorxurlar. Tamaşaçının heç vaxt öz fikri olmur. Həmişə bir-birinə baxıb fikir bildirirlər. Guya mentalitet keşiyində durublar. Amma gənclərimiz bir qədər cəsarəti olsalar, öz ideyalarından faydalana bilərlər.”

Reklamda rol alan model Nuridə Əliyevanın seçilməsi də “Milla”nın nümayəndələrinin göstərişi ilə olub. N. Əliyeva son vaxtlar çılpaq fotoları ilə medianın gündəmində olub.

“Süd məhsuluna olan münasibət dəyişəcəkmi?” sualına isə rejissor “mən işimi peşəkarcasına gördüm. Məhsul kifayət qədər reklam olundu. Belə deyirlər ki, antireklam özü də reklamdır” - cavabını verib.

Rejissor onu da bildirib ki, iki reklam çarxı çəkilib. İkincisi də bu yaxınlarda təqdim olunacaq. Müzkirəyə səbəb olan reklam çarxı isə televiziyalara təqdim olunmayıb. İnternetin daha sürətli inkişaf etdiyi bir dövrdə buna ehtiyac duyulmayıb.

Mehriban Zeynalova reklam çarxlarına qadın bədənlərinin çəkilməsinin ilk olmadığını da söylədi. Onun sözlərinə görə, yaxınlarda taxta-şalban şirkəti öz məhsullarını çılpaq qadın fotoları ilə nümayişə çıxarıb: “Buna ciddi şəkildə etiraz edirik! Etirazımızı davam etdirəcək - Sahibkarlar Konfederasiyasına da bununla bağlı müraciət edəcəyik”.

Doğrusu, rejissorun fikrinin - bəlkə də onun yox, reklamı sifariş edən şirkətin - reklam çarxında məhsulu tanıtmaq, yoxsa onun anti-reklamını etmək olduğunu biz də anlaya bilmədik. Məqsəd həqiqətənmi markanın imicini yüksəltmək olub? Bu suala cavab almaq ümidilə.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək