Qan Donorları biznes strukturlarına müraciət etdi

GƏNCLİK
10:24 16.01.2011
1957
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov deyib. Onun sözlərinə görə, artıq bir neçə aydır ki, paytaxtda "Qan verək xilas edək" ! şüarı altında silsilə şəkilli qanvermə aksiyaları həyata keçirilir. Aksiyaların məqsədi qan ehtiyatlarının çoxaldılması və irsi qan xəstlərinin qana olan təlabatının ödənilməsində vasitəçi olmaqdır: "Elə bu məqsədlə növbəti qanvermə aksiyası həyata keçirildi. Öncəki aksiyalardan fərqli olaraq 15 yanvar tarixində həyata keçirilən qanverməyə "Gənclərin Tövhəsi" İctimai Birliyi öz fəal könüllüləri və üzvləri ilə dəstək verdi. Bir neçə saat davam edən aksiyada onlarla gənc iştirak etdi. Verilən qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində təmənnasız istifadə olunacaq" .

OXŞAR XƏBƏRLƏR