Qan qrupları ilə bağlı qorxulu araşdırma: Bu qrupun xəstəlik riski yüksəkdir

SAĞLAMLIQ
12:35 01.09.2022
1606
Qan qrupları ilə bağlı qorxulu araşdırmanın nəticəsi məlum olub.

AZXEBER.COM xəbər verir ki, ABŞ-da qan qrupları ilə xəstəliyə tutulma arasında əlaqə araşdırılıb. Araşdırmaya görə, həmin qan qrupu üçün qorxulu nəticələr ortaya çıxıb.

ABŞ-ın qabaqcıl universitetlərindən biri olan Marylan Universitetində aparılan bir araşdırma A qan qrupu olan şəxslərin xəstələnmə və ciddi xəstəliklərə tutulma riskinin daha yüksək olduğunu bildirib.

Marylan Universitetinin alimləri A qan qrupu olan insanların 60 yaşından əvvəl beyin qanaması keçirmə ehtimalının digər qan qruplarına sahib olanlara nisbətən 5 dəfə daha çox olduğunu aşkar ediblər.

Araşdırmaya rəhbərlik edən nevrologiya professoru Dr. Steven Kittner "A qan qrupunun riski niyə artırdığını hələ bilmirik, lakin bunun damarları bağlayan faktorlarla əlaqəli olması mümkündür", - deyə açıqlamasında bildirib.

İngiltərədə hər il 100 min insanın beyin qanaması keçirdiyini bildirən Dr. Clare Jonas deyib ki, beyin qanaması adətən yaşlı insanlarda yüksək təzyiq və ya damarların tıxanması nəticəsində baş verir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR