Qan Turalı Kəramət Böyükçölün cavabını verdi (EKSKLÜZİV)

GƏNCLİK
08:59 02.04.2011
1945
Onluğa düşə bilməyən yazıçılardan biri Kəramət Böyükçöl bu haqda Azadlıq radiosuna deyib:
“Ekspertin həm də gərək ədəbi namusu olsun. Mən bunu Tehran Əlişanoğluda, Qan Turalıda görmədim. Ona görə də bu mükafatlar hamısı ötüb gedəcək. Ancaq onların üzündən heç vaxt bu qara çəkilməyəcək. Biz onsuz da yazacağıq. Bu ədəbi müsabiqələr mənim yaradıcılığıma heç vaxt mane olmayacaq. Amma içimdə bir narazılıq varsa niyə də onu burada deməyim təbii məsələdir.

Tanınmış köşə yazarı, jurnalist, MKM-in münsifi Qan Turalı Kəramətə öz “Facebook” səhifəsində cavab verib. O, bu haqda statusuna yazıb: “AzTV-də müxalifəti söyən bir adam məni ədəbi namusum olmamaqda ittiham edir. MKM-in "short listi"nə düşsəydi yəqin ki, mən Sarrt kimi bəşəriyyətin vicdanı olacaqdım onun üçün”


OXŞAR XƏBƏRLƏR