Qan ver, yaşat: Quba Palace Hotel-dən humanitar təşəbbüs - FOTOLAR

Qan ver, yaşat: Quba Palace Hotel-dən humanitar təşəbbüs - FOTOLAR
İQTİSADİYYAT
14:42 21.05.2026
306
Sosial məsuliyyət və həmrəylik dəyərlərini ön planda tutan Quba Palace Hotel komandası növbəti dəfə Respublika Qan Bankının Quba bölməsinin təşkil etdiyi qanvermə aksiyasında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, humanitar məqsədlə təşkil olunan aksiya talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədi daşıyıb. Əməkdaşlar könüllü donor qismində iştirak edərək ehtiyacı olan insanlara ümid olublar.

Tədbir çərçivəsində donorlar əvvəlcədən tibbi müayinədən keçirilib, qanvermə prosesi isə Respublika Qan Bankının Quba bölməsinin həkim heyətinin nəzarəti altında təhlükəsiz şəkildə həyata keçirilib.

Belə təşəbbüslər cəmiyyətdə humanizm, həmrəylik və sosial məsuliyyət dəyərlərinin güclənməsinə mühüm töhfə verir.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR