Onun sözlərinə görə, ölkədə irsi qan xəstəliklərindən əziyyət çəkən minlərlə uşaq və yeniyetmə var: “Onlar qan və qandan hazırlanmış dərman preparatları vasitəsi ilə müalicə olunur. Aksiyanı keçirməkdə məqsədimiz bu insanların qana olan ehtiyaclarını ödəməklə onlara, qismən də olsa, dəstək olmaqdır. Biz bu məqsədlə mütəmadi olaraq könüllü, təmənnasız qanvermə aksiyaları keçirir və insanları bu xeyirxah missiyaya dəvət edirik”.
“Qan Donorları Assosiasiyası” tərəfindən təşkil olunan növbəti qanvermə aksiyasına Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi də öz üzvləri və könüllüləri ilə qatılacaq.
26 Fevral Xocalı faciəsi günü gerçəkləşən aksiya, üç saat davam edib. Xeyriyyə aksiyasına gələnlər arasında gənclər çoxluq təşkil edib.
Aksiyada toplanan qanlar irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində təmənnasız istifadə olunacaq.