“Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Ülvi Mehdiyev

SOSİAL
19:37 03.07.2020
2767

Daxili İşlər Nazirliyi Bakı şəhərində karantin postlarını yığışdırandan sonra avtomobil sahiblərinin müşahidə kameraları vasitəsilə cərimələnəcəyini açıqlayıb. Portalda qeydiyyatdan keçən və "SMS icazə" sistemi vasitəsilə icazə alan şəxslərin inteqrasiya olunmuş sistem vasitəsilə müəyyən olunacağı və cərimələnməyəcəyi bildirilib. Lakin Nazirlər Kabinetinin qərarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər xidməti vəsiqə əsasında hərəkət etdikləri üçün onların nə portalda qeydiyyatı var, nə də "SMS icazə" sistemindən istifadə edirlər. Həmçinin,  qanunvericilik karantinlə bağlı tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə video müşahidə kameraları vasitəsilə elektron protokol tərtib etməyə icazə vermir. 

"Asan Xidmət"in rəhbəri Ülvi Mehdiyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu qaydanın tətbiqi yalnız qanunvericiliyə dəyişiklik edildikdən sonra mümkün olacaq: "Avtomobillərin dövlət nömrə nişanının "SMS icazə" sisteminə daxil edilməsi vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq. Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapacaq. Birinci qanun icazə verməlidir ki, kamera vasitəsi cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”.

Ü. Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar: "Amma cərimə hələ tətbiq olunmayacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik olunmalı və qanun təsdiqlənməlidir".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:40 11.08.2020

Nazir: “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətiyyətlidir və dəyişməzdir”

13:31 11.08.2020

Çavuşoğlu: “Həmsədrlər münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”

13:16 11.08.2020

Ceyhun Bayramov Çavuşoğlu ilə mətbuat konfransı keçirir - CANLI YAYIM

13:15 11.08.2020

Rusiyada məktəblər sentyabrın 1-dən açılır

13:01 11.08.2020

Restoran və kafelər açılsa necə fəaliyyət göstərəcək?

12:43 11.08.2020

Dünyada ilk dəfə koronavirus vaksini qeydiyyatdan keçdi - Rusiyada

12:43 11.08.2020

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

12:42 11.08.2020

“AccessBank” Sahibkarlığın İnkişafı Fondu ilə birgə pandemiyadan əziyyət çəkən sahibkarlara dəstək olacaq

12:21 11.08.2020

Bakıda bələdiyyə əməkdaşı zibilliyə görə cərimələndi

12:17 11.08.2020

Beynəlxalq Bank “FICOSiron®” proqramının tətbiqini başa çatdırdı

12:02 11.08.2020

Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş keçirildi

11:57 11.08.2020

Daha bir aparıcıya nazirlikdə vəzifə verildi

11:41 11.08.2020

Qanunsuz olaraq Gürcüstana keçməyə çalışan 14 nəfər saxlanıldı: Yeddisi uşaqdır - FOTO

11:21 11.08.2020

Lukaşenkonun seçkilərdə əsas rəqibi Belarusu tərk etdi

11:07 11.08.2020

Saatlıda polis toyu yarımçıq dayandırdı

11:01 11.08.2020

Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz — DİQQƏT

X Mostbet