Qanun qüvvəyə mindi: 'Evin tək uşaqları əsgərliyə gedir' - TƏFƏRRÜAT
Bütün Xəbərlər
23:56 11.02.2012
6028
Bu gündən qüvvəyə minə yeni qanunda bəzi mübahisəli məqamlara aydınlıq gətirilib
Bu gündən Azərbaycanda “Hərbi vəzifə və hərbi xidmət” Haqqında qanun qüvvəyə minib. Bu sənəddə uzun müddət cəmiyyətdə müzakirə olunan bir çox məsələlərə aydınlıq gətirilib.Bu qanunun qüvvəyə minməsi ilə bir neçə qanunvericilik aktı qüvvədən düşüb. “Hərbi xidmətə çağırışın əsasları haqqında” və “Hərbi xidmət haqqında” qanunları artıq öz qüvvəsini itirib. Bu qanun 2 ilə hazırlanıb. Qanun layihəsi Milli Məclisdə geniş müzakirələrdən keçib. Müzakirələr zamanı bir sıra məqamlarla bağlı fikir ayrılıqları olsa da, mütəxəsislər qanunun kifayət qədər əhatəli olduğunu deyirlər. Yeni qanunda həmçinin əvvəllər mübahisə doğuran bir sıra məsələlər öz əksini tapıb.Hərbi ekspert Cəsur Sümərinli deyir ki, ali hərbi məktəblərin müdavimləri ilə bağlı məsələnin statusuna statusuna aydınlıq gətirilib. Onun sözlərinə görə, əvvəllər qanunda belə bir müddəa var idi ki, onlar 6 ay xidmət edə bilərlər: Bu da böyük mübahisələrə səbəb olurdu. Əvvəllər bu insallar müdavim təhsillindən sonra altı ay xidmət edə bilərdilər. Amma indi qanunda göstərilib ki, hərbi məktəbdə oxuduğu müddətin hər bir günü 4 gün hesablanır və qalan müddət də hərbi xidmət keçir”.Qanunda həmçinin ehtiyatda olan hərbçilərə rütbələrin verilməsi, mütəmadi hərbi toplanışların keçirilməsi, alternativ hərbi xidmət kimi müddəalar da öz əksini tapıb. Lakin alternativ hərbi xidmətin forması göstərilməyib.Qeyd edək ki, qanunun müzakirəsi zamanı əsas fikir ayrılığı yaradan məqam magistrlara möhlət hüququnun verilməsi, tək oğulların hərbi xidmətdən azad edilməsi və çağırış kampaniyalarının sayının dörd dəfədən iki dəfəyə endirilməsi idi. Lakin bu məqamlar qanunda yer almayıb.Qanuna görə, həqiqi hərbi xidmətə möhlət ailə vəziyyətinə görə, sağlamlıq vəziyyətinə görə və təhsilini davam etdirmək üçün verilə bilər. Amma burada təhsil deyərkən ümumi, orta ixtisas və ali təhsilin bakalavr pilləsi nəzərdə tutulur.Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə hesab edir ki, bu qanun ölkədə hərbi xidmətlə bağlı bütün məqamları əhatə edən vahid qanunvericilik aktı kimi çox əhəmiyyətlidir. Millət vəkili qanun layihəsinin parlamentdə müzakirəsi zamanı irəli sürülən təklifləri bu günün reallığında qəbuledilməz sayır.Onun sözlərinə görə, məyyən təklif vardı və izahatda məlum oldu ki, bu gün Azərbaycanda onları həyata keçirmək mümkün deyil: “Məsələn, tək övladın əsgərliyə çağırılmaması, magistrlərin ümumiyyətlə hərbi xidmətdən azad olunması ilə bağlı, hərbi xidmət müddətinin 1.6 ildən 1 ilə qədər endirilməsi ilə bağlı təkliflərə cavab olaraq səsləndirildi ki, gələcəkdə bu mümkündür. Amma bu gün müharibə şəraitində bunu Azərbaycan edə bilmir”.Xatırladaq ki, əvvəl Azərbaycanda “Hərbi xidmət haqqında” və “Azərbaycan Respublikasının hərbi xidmətə çağırışın əsasları haqqında” qanunlar 1992-ci ildə qüvvəyə minmişdi. Bu qanunlara sonradan bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Amma mütəxəssislər zamanla yeni qanuna ehtiyac yarandığını deyirlər. Ekspertlərin fikrincə, yeni qanun Azərbaycanda hərbi xidmətlə bağlı bütün müddəaları əhatə edir və vətəndaşlar onları maraqlandıran istənilən suala burada cavab tapa bilərlər.