“Qanuni oğru” həbs edildi - Bilyard kluba polis basqını - VİDEO

“Qanuni oğru” həbs edildi - Bilyard kluba polis basqını -  VİDEO
DÜNYA
15:32 04.12.2015
5010
Dünən Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən “qanuni oğru” İrakli Daneliya (İka Martvilski) saxlanılıb.
32 yaşlı gürcü “qanuni oğru”nun saxlanılması “Trayektoriya” bilyard klubunda həyata keçirilib. Onunla birlikdə daha 10 nəfər saxlanılıb. Lakin böyük miqdarda narkotik vasitə - “amfetamin” yalnız onun üzərindən tapılıb.
Saxlanılma zamanı Ukrayna vətəndaşı olan İraklinin Rusiyada qeyri-qanuni qaldığı da məlum olub. Hələ 2011-ci ildə İkanın ölkədən deportasiya edilməsi barədə qərar gündəmdə olsa da, o hansısa yolla bundan qaça bilib.
Qeyd edək ki, İka Martvilski ötən ilin yanvarında Yunanıstanda, həmyerlisi Baqrat Pansulay tərəfindən “taclandırılıb”. Bundan öncə “qanuni oğru” həbsdə olmayıb.
AzNews.az
OXŞAR XƏBƏRLƏR