Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb
SİYASƏT
12:45 31.08.2023
142
Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
OXŞAR XƏBƏRLƏR