Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb

Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb
SİYASƏT
09:06 08.09.2023
198
Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb", - nazirlikdən əlavə edilib.
OXŞAR XƏBƏRLƏR