Qanunsuz ov edən şəxslər cəzalandırıldı

SOSİAL
19:27 24.01.2022
172
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının ötən həftə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Astara şəhər sakinləri Eldar Cəbrayılov və Asəf Qasımov olduğu müəyyən edilib: "Ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ziyadxan Sadıqov, Qaradağ rayon sakinləri Elvin İsmayılov, Elnur Nadirov və Saatlı rayon sakini Eldəniz Fərzəliyev saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

OXŞAR XƏBƏRLƏR