Qanunsuz parklamalarla bağlı yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı- FOTOLAR

Qanunsuz parklamalarla bağlı yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı- FOTOLAR
SOSİAL
15:17 18.03.2016
2130
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı və “Azadinform” İnformasiya Agentliyinin Bakı şəhər Dovlət Yol Polisi İdarəsinin dəstəyi ilə jurnalistlər arasında keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi təşkil olunub.
Tədbirdə “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatının rəhbəri İskəndər Quliyev, Bakı şəhər Dovlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyev, müxtəlif KİV nümayəndələri və digər qonaqlar çıxış edib.
Tədbirdə çıxış edən Azadinform İA-nın baş redaktoru Niyaz Niftiyev qeyd edib ki, müsabiqə təmsil etdiyi agentliyin və “Qanunsuz Parklamalara Qarşı Mübarizə” İctimai Hərəkatı tərəfindən keçirilib. O bildirib ki, yanlış parklama ən çox rast gəlinən qayda pozuntusudur: “Müsabiqəyə fevralın 16-da start verilib. KİV nümayəndəyələri qanunsuz parklama, yollarda üzləşdiyimiz problemlər, onların həllin yolları ilə bağlı yazılar təqdim edib. Bakı bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir, ona görə də hesab edirəm ki, bu problemi işıqlandırılması vacibdir”.
Baş redaktor deyib ki, müsabiqəyə təqdim edilən yazılar kifayət qədər çox olub: “Lakin, dəfələrlə elan etməyimizə baxmayaraq yazılarda problemlər var idi. Müsabiqəni elan edəndə bəyan etmişdik ki, yazı təqdim edən jurnalistlər özlərindən əvvəlkiləri izləsinlər, ekspertlərin dindirilməsində təkrarçılığa yol verilməsin.
N.Niftiyev əlavə edib ki, təqdim edilən fotolara gəlincə, yeni fotolardan yox, daha çox internetdəki fotolardan istifadə edilmişdi. Lakin müsabiqədə iştirakçıların özləri tərəfindən hazırlanmış fotolar tələb olunurdu.
O vurğulayıb ki, yazıların qiymətləndirilməsi 10 ballıq sistemlə nəzərdə tutulmuşdu: “Birinci yer üçün 1 nəfərə 450, ikinci yer üçün 1 nəfərə 300, üçüncü yer üçün isə 3 nəfərə 150 AZN mükafat ayrılıb”.
N.Niftiyev sonda onu da bildirib ki, növbəti ay bu mövzu ilə bağlı foto və video müsabiqəsinin nəticələri elan olunacaq.
Daha sonra çıxış edən Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakıda yaranan süni sıxlıq problemlərindən biri paytaxtın inzibatı ərazilərinə düşən küçə və prospektlər üzrə qeyri-qanuni parklamalardır: “Doğrudur, yol polisi olaraq gündəlik əməkdaşlarımız dislokasiya üzrə təhkim edilən ərazidə sənədləşdirmə işi aparır. Ən azı 600 sürücü yerindəcə inzibati qaydada məsuliyyətə cəlb edilib. Eyni zamanda evakuator avtomobili ilə həmin nəqliyyat vasitələri qəti mühafizə olununa dayanacaqlara daşınır. Təxminən evakuator avtomobillərinin köməyi ilə gün ərzində 50-yə yaxın avtomobil müxtəlif mühafizə olunan avtomobillərə daşınır. Tərtib edilmiş inzibati protokolları araşdırarkən hətta, şahid oluruq ki, taksi fəaliyyəti ilə məşğul olan sürücüləreyni xətanı, eyni yerdə müxtəlif vaxtlarda da təkrarən törədir. Dayanma-durma ilə əlaqədar sürücü var ki, 6 dəfə protokol tərtib edilib. Hər halda yol polisi tərəfindən keçirilən bu tədbirlərdə müsbət göstəricilər əldə edilib. Bunu ən azından siz hərəkət iştirakçısı paytaxtın mərkəzi küçələri boyunca hərəkət eydikdə şahidi olursunuz. Ancaq, bu məsələnin daha da ictimailəşməsi, insanların şüuruna təsir edəcək dərəcədə tədbirlərin keçirilməsi, eyni zamanda hər bir hərəkət iştirakçısının, xüsusilə sükan arxasında olan sürücünün şüuruna birmənalı yerləşdirmək ki, Bakıda dayanmanı, durmanı qadağan edən yol nişanı varsa, heç bir bəhanə gətirilmədən həmin nişanın təsir zonasında dayanmaq olmaz”.
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis kapitanı Elşad Hacıyev qeyd edib ki, ictimaiyyətin və KİV-lərin bu tədbirlərə qoşulması bizi polis əməkdaşı olaraq çox sevindirdi: “Biz də hesab edirik ki, artıq həm təbliğat işlərinin aparılmasında, həm təsirli tədbirlərin görülməsində KİV-in rolu böyükdür. Ən azından KİV nümayəndələrinin köməyi ilə daha geniş tədbirlərin keçirilməsi mümkündür. Məhz bu baxımdan “Azadinform” İA və NOPARKING.AZ portalı ilə birləşərək fevralın 17-dən etibarən müsabiqənin keçirilməsi barədə elan verilib və bu gün artıq elanın nəticələri sizin iştirakınızla bilinəcək. Bu kimi tədbirlərin mütəmadi keçirilməsi mütləq olmalıdır”.
Çıxışlar başa çatdıqdan sonra müsabiqədə qalib gəlmiş iştirakçılara pul mükafatları və diplomlar təqdim olunub. Birinci yerin sahibinə 450, ikinci yerin sahibinə 300 və üçüncü yerin sahiblərinə 150 manat pul mükafatı verilib. Qeyd etmək lazımdır ki, müsabiqənin 3-cü yerə 3 nəfər layiq görülüb.
Qaliblərə həmçinin təşkilatçıların təşəbbüsü ilə "Likon" mobil şirkətindən pulsuz bonus danışıq dəqiqələri, "Azərsun" Holdinq Şirkətlər Qrupu tərəfindən isə Novruz hədiyyə paketləri təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif