Qanunsuz silah satan şəxslər tutulub

Qanunsuz silah satan şəxslər tutulub
Bütün Xəbərlər
19:33 01.08.2015
588

Azərbaycanda qanunsuz silah satan şəxslər tutulub.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb.

Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulub.

E.Həsənovun evinə baxış zamanı “Valter-P38” markalı tapança aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR