Qapını kəsib huşsuz vəziyyətdə olan qadını xilas etdilər - Video

Qapını kəsib huşsuz vəziyyətdə olan qadını xilas etdilər - Video
SOSİAL
20:57 28.10.2025
106
Paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısı açılaraq, huşsuz vəziyyətdə aşkar edilmiş vətəndaş – 1952-ci il təvəllüdlü S.Eminova təcili tibbi yardım briqadasına təhvil verilib.

OXŞAR XƏBƏRLƏR