"Qapıya papaq atmaq olmaz. Çünki o papağı sonra başınıza qoyursunuz".
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Zaur Nəbioğlu deyib.
Aparıcı adət-ənənələrə sadiq qalmağın yaxşı göstərici olduğunu desə də, bəzi iradlar səsləndirib:
"Bayram ərəfəsidir, hər birimizin qapısına Novruz payı üçün papaq atılır. Mən bunu yanlış hesab edirəm. Bu adətdir, hər yerdə var. Amma adət-ənənə üçün bir qapıya nəsə atılacaqsa, bu papaq olmamalıdır. Bu torba və ya xurcun ola bilər.
O papağı sonra götürüb başınıza taxırsınız. Mənə görə bu yanlışdır. Buna əsasən böyüklər nəzarət etməlidir".
Aysel










































