Bakı və Abşeron yarımadasında isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır
Bu gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə çiskin olacaq. Ayın 22-dən 23-nə keçən gecə yağıntı olması ehtimalı var. Günün ikinci yarısında şimal-qərb küləyi 15-20 m/s, gecəyə doğru arabir 23-25 m/s sürətlə əsəcək.
Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacağı, axşama doğru sulu qar, qar yağacağı gözlənilir.