Qar insanların gündəlik həyatını çətinə saldı - VİDEO

Qar insanların gündəlik həyatını çətinə saldı - VİDEO
Bütün Xəbərlər
18:44 19.01.2013
939
Rusiya və Avropanın bir sıra ölkələrində qışın sərt keçməsi insanların gündəlik həyatını çətinləşdirib. Çovğunla əlaqədar Böyük Britaniyada aviareyslər təxirə salınıb, məktəblər bağlanıb. Rusiyada isə hidrometeroloqların proqnozları vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir.Moskvada 2 gün aramsız düşən qar, paytaxtın onsuz da yüklənmiş nəqliyyatını daha da pisləşdirib, yollarda kilometrlərlə uzanan tıxaclar yaranıb. Qar təmizləyən texnika fasiləsiz şəkildə sutka ərzində küçələrə və yollara səfərbər olunub.Sinoptiklər Moskva sakinləri üçün heç də ürəkaçan proqnozlar verməyib. Belə ki, qarşıdakı günlərdə, daha çox qarın düşəcəyi və şaxtanın daha da sərtləşəcəyi gözlənilir.Kosovada 3 gündür yağan aramsız qar ölkənin dağlıq bölgəsində onlarla kəndi təcrid edib. Kəndlilər evlərinə qayıtmağa çalışdığı bir vaxtda, sürücülər hərəkət edə bilmək üçün maşınların təkərlərini zəncirləməli olub. Qar təmizləyən texnika ilə yollardakı “təbii maneənin” aradan qaldırılması həyata keçirilib.Böyük Britaniyanı bürümüş qar, Cənubi Uelsdə minlərlə insanı işıqsız qoyub. Sennibric əyalətində 25 santimetr qalınlıqda qarın düşdüyü bildirilir. Yerli hidrometereoloji idarə kəskin hava şəraiti ilə bağlı əhaliyə “Qırmızı” xəbərdarlıq edib.Eynilə qeyri-sabit hava şəraiti İngiltərə və Şimali İrlandiyada da qeydə alınıb. Hitrou aeroportu müvəqqəti olaraq uçuş zolağında hərəkəti dayandırıb, qar çovğunu ilə bağlı onlarla hava reysi təxirə salınaraq, bir çox sakinlərin və turistlərin səyahət planlarını alt-üst edib.London aeroportunda 180-nə yaxın hava reysinin təxirə salındığı bildirilir. “Ağ yağıntı” eyni zamanda, yüzlərlə məktəbin müvəqqəti olaraq bağlanmasına səbəb olub.
OXŞAR XƏBƏRLƏR