Qar yağacaq – HAVA

Qar yağacaq – HAVA
MARAQLI
00:24 26.01.2012
2032

Bakıda və Abşeron yarımadasındabuludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bakıda havanın hərarəti gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq. Naxçıvan Muxtar Respublikasındaarabir qar yağacağı gözlənilir. Temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarındaarabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 8-13° şaxta, gündüz 1-6° şaxta olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındaarabir qar yağacağı gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındaarabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 4-9° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 4-7° şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaarabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 1-5° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındaarabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-2° isti, gündüz 2-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR