Qara (HEKAYƏ)

Qara (HEKAYƏ)
KÖŞƏ
20:18 08.07.2011
3854

Narın yağış yağırdı. Sanki yağış damcıları iynə dəliyindən süzülüb sonra yerə səpələnirdi. Havada sərin meh əsirdi, əsl payız havası. dəniz kənarında gəzən cütlüklər, onlara baxdıqca üzümdə qəribə bir gülüş sezilirdi. Özümü xoşbəxt hiss edirdim. Dəniz, narın yağan yağış və qəlbimdəki o qız. Hansi qiz? Kimdi o? Bəs mənim qəlbimdə nə gəzir. Bu suallarla boğuşurdum. Bəlkədə elə birisi heç yoxdu, sadəcə şüur altı yaratdığım ideal qadınım idi o. Gülməlidi, mən heç onu tanimiram. Görəsən həqiqətən elə birisi bu həyatda varmi, yaşayirmi? Yaşayırsa harada yaşayır bəs o...

Hava qaralmaqda idi. Ətrafda da şəhər əhalisinə tək-tük rast gəlirdim. Onlarda ya sevgililəri ilə gəzintiyə çıxanlar ya da həftə içi yorğunluğunu atmaq üçün dənizə üz tutanlar.

Yavaş- yavaş ağır addımlarla evə qayıdırdım.Yağışda xeyli islanmışdım. Qorxurdum xəstələnərəm sabah həftənin birinci günü dərsə getməli idim.

Axır ki, evə gəlib çatdım...

Universitetə qəbul olduğum ili mən ilk dəfə Bakıya gəlirdim. Məni avtovağzalda Telman əmim qarşılamış evlərinə qonaq aparmışdı.Atamın tapşırığı ilıə mənə bu evi tutmuşdu. Tez-tez gəlib baş çəkər korluq çəkməyə qoymazdı.

Yavaşca otağıma keçdim. Nədənsə bu otağı çox sevirəm. Otaqda mənə aid şəxsi əşyalarım kifayət qədər olardı.Şəxsi kitabxanamdan bir kitab götürüb özümü atdım çarpayıya. Elə ordaca yuxulamışdim...

Bu səhər saçlarımı tam fərqli darayıb kostyum geymişdim. Həftənin birinci günü olduğundan gərək ki, yaxşı geyimdə və yaxşı əhval ruhiyədə olam. Sinifə daxil olub hamı ilə salamlaşdım, Müəllim nəyəsə görə tez gəlmişdi. Dəftərləri açın mühazirə oxuyacam, kim yazmaq istəmir mane olmasın xaiş edirəm. Hər dəfə bu sözlərlə başlayardı sözlərinə, əcəb müəllimdir. Görəsən ürəyinən oxuyur yoxsa dərs xatirinə ya da aldığı maaşın halallığın almaq istəyir. Hardan biləsən...

Ürəyim sıxılırdı, müəllim düz altmış dəqiqədir ki, mühazirə oxuyur. İcazə alıb dəhlizə çıxdım. Növbətçi qızdan başqa heç kəsi görmədim. Qıza baxdım gözəliydi. Onun baxışlarınında qısa bir müddət məndə dayandığını hiss etmişdim.

Qıza tərəf addımlamağa qərar verdim. İri qara gözləri, sanki məni çağırırdı. ( Onun gözlərinə baxanda sifərimdə sarsaq bir təbəssüm peyda olmuş əllərim tərləmişdi.

Hər bir adamın şüurunda ideal tərəfdaşın keyfiyyətlərinin siyahısı, nəsə həyat təcrübəsinə

söykənərək yazılmış bir "məhəbbət kodeksi" var. Bu "kodeksin" bəndlərində

sadalananların çoxu rastlaşdığınız hər hansı bir adamda özünü göstərərsə, beyindən

siqnal gəlir: "Bu, məhəbbətdir!" ). Dalğalı saçları belinə tökülmüşdü. O, mənim həyatimda o anacan gördüyüm ən gözəl qız idi.

Cəsarətimi toplayıb salam verdim. İncə səslə biraz səmimi biraz rəsmi salam dedi. Nə edəcəyimi bilmədim. Pilləkənlərdən aşağı düşdüm, arxadan bir daha qıza baxdım. Qız gözlərini mənə zilləmişdi. Çox utanmışdım etdiyim hərəkətdən.

Zəngin vurulmağına çox az müddət qalırdı. Əl-üzümü yuyub geri qayıtdım amma onu görə bilmədim. Deyəsən sinifə getmişdi. Bu arada zəng çalındı. Növbətçi cədvəlimə baxmaq qərarına gəldim. Biologiya fakültəsi bu günü tarixi dünya gözəlinin adı aha tapdım! Dilbər. Özü kimi gözəldə adı var. Zəng içəri vurulmuşdu. Mən dəhlizdə gözlərdə axtarışda amma yox bu gün Dilbəri bir də görə bilməyəcəm. Bu, həyəcanla dərsdə də otura bilmədim, onu düşünürdüm. Dünənki sözlər yadıma düşdü bir anlıq:

Qəlbimdəki o qız. Hansi qiz? Kimdi o? Bəs mənim qəlbimdə nə gəzir. Bəlkədə elə birisi heç yoxdu, sadəcə şüur altı yaratdığım ideal qadınım idi o. Gürəsən həqiqətən elə birisi bu həyatda varmi, yaşayirmi? Yaşayırsa harada yaşayır bəs o...

Əminəm ki, o qız Dilbər idi. Deyəsən onu tapmışdım, bir qalırdı tanış olmaq amma necə? O günü heç unuda bilmədim onun qara gözlərini fikirləşərək, buruq saşlarını xəyalıma gətirərək xəyallar qurmuşam. Səhərin açılmasını səbirsizliklə gözəyirdim.

Sübh tezdən Universitetin qapısında idim, hələ qapılarda açılmamışdı. Saat 06:50-ni göstərirdi. Deyəsən çox tez gəlmişəm xəbərim olmadan. Əhh olsun gedib Dəhlizdə Dilbəri gözləyərəm. Yox xəyallarım puç oldu, o dərsə gəlməmişdi. Görəsən nə olub? Bir hadisəmi baş verib. Çox məyus olmuşdum.

İki gün onu görmək ümidi ilə dərsə birinci gəlirdim amma görə bilmirdim...

Həftənin dördüncü günü Böyük tənəffüsdə uşaqlarla bufetdə çay içməyə getdim. Heç əhvalım yaxşı deildi. Uşaqlar deyib gülür məndə bi kefh halda otururdum. Bu hərəkətim özümündə xoşuna gəmirdi. Bir anlıq qapıya baxır bufetə daxil olan tələbələri məyus halda süzürdüm. Axırıncı sırada bir qrup qız oturmuşdu. Səsləri ilə hər kəsin diqqətini özlərində toplamışdılar.Bir anlıq qızlara baxanda ilan görmüş kimi dona qaldım. Qara gözlər mənə baxırdı. Boynum eləcə donub qaldı. Bilmədim sevinim yoxsa... Məmnunluq duyar kimi başımı tərpədib salam verdim. Deyəsən uşaq kimi hərəkət etdim. Qız bu hərəkətimə gülərək cavab verdi. İyirmi dəqiqə olar gözlərimi ona zilləmişdim, qizlarla söhbət edirdi, arada da başını qaldırıb mənə baxırdı. Məndə necə tanış olacam deyə-deyə içimi yeyirdim. Nəhayət qızlar masadan durub getdilər. Arxasınca getmək istədim amma uşaqlar şüpələnməsin deyə tərpənə bilmədim. Üsuluna görə belinə tökülmüş buruq saşları məni dəli edirdi. O gün çox sevincli bir halda evə qayıtdım. Qıza məktub vermək qərarına gəlmişdim...

Sübh açılana qədər məktub yazdım. Amma son yazdığım məktubda " Salam. Mənim adım Qaradı. Mən sizi sevirəm", kəlmələri ilə kifayətlənməli oldum. Əlbətdə nömrəmçidə yazdım Dəhlizdə məktub əlimdə bir o yana bir bu yana hərlənirdim. Dilbəri gözləyirdim. Nəhayət gəlib çıxdı. Qabağını kəsib salam verdim. Biraz qorxduğun hiss edirdim. Bu məktubu oxumağını istıyirəm deyib məktubu verib universitetdən ayrılmışdım. Ürəyim elə sürətlə döyünürdü ki, qorxurdum həyəcandan öləcəm. Gedib dəniz kənarında dənizi dinləməyə başladım. Bundan sonra sadəcə gözləmək qalırdı. Düz on iki gün sonra mobil telefonuma mesaj gəldi: Məndə səni sevirəm. O anadək elə bilirdim, həyatimda aldığım ən yaxşı xəbər Universitetə daxil olmamdı. Sən demə heçnə üçün gec deilmiş. o gecə səhərə qədər mesaj yazmışdım. Bu hadisə həyatımda ilk dəfə olurdu. Qıza mesaj yazırdım. Təcrübəsiz idim. Heç unutmaram qıza yazmışdım, Atan harda işliyir. Nə yazdığımı belə oxumurdum ağlıma gələn ilk sözü yazıb göndərirdim. Mənə biraz qardaşından danişmışdı. Çox qəddar bir qardaşı olduğunu, mənlə danışdığını bilşə hətda onu öldürə biləcəyinidə. Bu səbəbə gec mesaj yazdığın deirdi.

Nəhayət üç gün sonra onu ilk görüşə dəvət etdim. Əlbətdə qəbul etmədi. Qorxuram qardaşım şüpələnib onsuz, tez-tez telefonumu alib yoxlayır, göndərdiyin mesajı belə oxuyub silirəm. cavab yazmışdım: Məni sevmirsən... Qara o nə sözdü, belə demə əlbətdə səni sevirəm. Düzdü ilk təklifimi qəbul etməmişdi amma Noyabr ayının səkkizinə görüşü qəbul etmişdi. Ayın əvvəli olduğuna atam rayondan pul göndərmişdi. Onu bahalı restorana aparmağı planlamışdım.

Bakıya gələndə aldığım Qara kostyumu geymişdim. Saçlarımı darayıb çibimədə yaxşı pul qoyub evdən çıxdım. Düz İçəri Şəhər Metro stansiyasının çıxış qapısına, əlimdə də qırmızı qızılgül. Hər kəs mənə baxırdı. Çox utanırdım. Nəhayət dünlayar gözəli Dilbər gəlib çıxdı. Qızıl gülü ona uzadıb səni sevirəm deyə bildim. Məndə səni Qara dedi və bal dodağı ilə yanağımı öpdü. Bəs məni hara aparırsan? Gedəndə görərsən dedim. Qoluma girdi. Sahilə tərəf getməyə başlamışdıq ki, Qara qardaşım. Kim nə qardaş? Qara qardaşım gəlir qaç! Arxadan uca boylu bir oğlan gəlirdi. Çatar çatmaz oxrəş deyib elə zərbə ilə yumruq vurdu ki, yerə sərilmişdim. Üzümə aldığım zərbələr artmağa başlamışdı. Qarşılıq vermirdim. Axı Dilbər hönkür hönkür ağlayaraq mənə baxırdı. Onun gözləri qarşısında qardaşına əl qardıra bilməzdim. Zərbələrədə dözə bilmirdim. Ayağa qalxıb bir bir yumruqda mən atdım. Əlini çibinə atıb əl biçağı çıxartdı. Mənə tərəf yelləyirdi. Üstümə atıldı əlindən tutub biçağı almaq istəyəndə biçağı ürəyinə sapladım. Dilbərin sən qardaşımı öıdürdün sözləri o hadisədə son xatırladığım məqam idi. Ayılanda dəmir qəfəsdə olduğumu gördüm. Artıq hər şey mən üçün aydın olmuşdu. Bir ay mərkəməm davam etdi. Bu arada nə atam nə də anam mərkəməyə gəlmişdi. Mənə Ön beş il iş verdilər.

Bu gün anamın qara bəxtli qara talehi olan Qara balasinin doğum günüdü. Doğulduğum günə lənət oxuyurdum. Anama zəng etmişdim. Salam ana mənəm Qara. Anamın dediyi iki kəlmə söz mənim Qara adlı oğlum yoxdu deməsi oldu. Mənim bu gündən sonra yaşamağımında kiməsə bir faydası yoxdu. Mən yaşamağa layiq deyiləm. Mən bunu bacarmadım.Dünya yaşamağı bacaran, vicdanını satanların dünyasıdır.Yaşayıb ləkələnmək istəmirəm.

Sevdiyim qız indi mənə nifrət edir. Onunda cavanlığına bundan sonrakı həyatına ləkə gətirdim. Onun günahi mənim qarşıma çıxması oldu. Bəs mənim günahım nə idi?

Sahib MƏDƏT 

OXŞAR XƏBƏRLƏR