Qara şəhərdə su məhdudiyyəti olacaq

Qara şəhərdə su məhdudiyyəti olacaq
Bütün Xəbərlər
13:22 07.09.2012
1068
Sentyabr 7-də və 8-də “Xətai” metrosunun ətrafı və Qara şəhər adlanan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANSPRESS-ə verilən məlumata görə, “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz etmək, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması işləri aparılır. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR