Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda ÇL-in qrup mərhələsinə ilk dəfə yüksələn "Qarabağ" 8 pillə irəliləyib.
Belə ki, 8.500 xalı olan Ağdam təmsilçisi 67-ci pillədə qərarlaşıb. Azərbaycan çempionu "Milan", "Betis", "Real-Sociedad", BATE, "Trabzonspor", "Young Boys" , Zaqreb "Dinamo"su və "Slovan"ı arxada qoyub.
///goal.az