"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin APOEL-lə oyunu üçün Türkiyədən 30 min bayraq sifariş verib.
Bayraqlar Bursa şəhərindəki fabriklərdən birində hazırlanıb və bu həftəsonu Bakıya gətiriləcək.
"Qarabağ" - APOEL oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, Ağdam klubunun 2015-ci ildə Avroliqanın qrup mərhələsinin "Tottenhem"lə mərkəzi arenada keçirilmiş oyununda da oturacaqlara üzərində Azərbaycanın dövlət bayrağının rəngləri və "Qarabağ"ın emblemi əks olunmuş 30 min bayraq düzülmüşdü.