“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”

“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
SOSİAL
12:43 02.10.2026
151

Xəbər verdiyimiz kimi, bu gün "Turan Tovuz” və Türkiyənin "Fənərbağça” komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. 

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşə maraq böyükdür. Belə ki, artıq matça 20 mindən çox bilet satılıb. 

Maraqlıdır, "Turan Tovuz” "Fənərbağça” ilə qarşılaşmada hansı nəticəni göstərəcək? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman eksperti Elçin Cəfərov bildirib ki, bu qarşılaşma həm futbolçular, həm də azarkeşlər üçün əlamətdar hadisədir: 

"Həqiqətən, iki qardaş ölkənin təmsilçilərinin dostluq matçında üz-üzə gəlməsi çox önəmli hadisədir. Bu, hər iki ölkənin nəinki strateji məqsədlər uğrunda, hətta müxtəlif sahələrdə bir-birinə yaxınlığını tərənnüm edən belə hadisələr fonunda, yəni idman meydanında, xüsusən də futbol sahəsində üzə çıxması ilə hər bir azərbaycanlıda böyük sevinc və qürur yaradıb. Təbii ki, ilk növbədə bu matçın təşkilində böyük rolu olan, xüsusilə "Turan Tovuz” klubunun rəhbəri, prezidenti cənab Ehtiram Quliyevə dərin təşəkkürümüzü bildiririk. Bu matçın keçirilməsi ilə bağlı neçə müddətdir böyük səy göstərdiyini bilirik. Odur ki, belə bir qarşılaşmanın Bakıda, tarixi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi çox önəmli hadisədir”. 

Ekspert qeyd edib ki, heyət baxımından "Fənərbağça” daha güclü olsa da, qarşılaşma "Turan Tovuz” üçün mühüm təcrübə olacaq:

"Matça gəldikdə isə, təbii ki, heyət baxımından "Fənərbağça” çox güclüdür. Amma bu matç həm ehtiyat oyunçuları yoxlamaq baxımından, həm "Fənərbağça”, həm də "Turan Tovuz” üçün çox önəmli fürsətdir. Mən düşünürəm və çox sevinərəm ki, bu qarşılaşmada "Turan Tovuz”da xüsusilə əvəzetmə heyətindən çox sayda futbolçu meydana çıxsın. Bu, onlar üçün də önəmli təcrübə və hadisədir. Onların gələcək karyeralarına çox önəmli töhfə verə bilər”. 

Elçin Cəfərov bildirib ki, qarşılaşma stadionda xüsusi atmosferin yaranmasına da səbəb olacaq: 

"Tribunalarda bayram ab-havası hökm sürəcək. Tribunalarda hər iki ölkəni tərənnüm edən şüarlar səslənəcək və bu, bir daha göstərəcək ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Eyni zamanda, Türkiyə də həmişə Azərbaycanın yanındadır. Biz bunu son 10 ildə baş verən çox önəmli hadisələr fonunda görmüşük. İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin bizə verdiyi dəstək, eyni zamanda Türkiyədə baş verən zəlzələ nəticəsində ilk yardım göstərən ölkələrdən birinin Azərbaycan olması bunu bir daha göstərdi. Yəni bütün bunlar "bir millət, iki dövlət” tezisini özündə cəmləşdirir. Odur ki, mən taktiki və texniki baxımdan heç bir şey deyə bilmərəm. Bu matçdan həm futbolçular, həm də tribunalardakı azarkeşlər zövq almalıdırlar”. 

DİFAİ FK-nın icraçı vitse-prezidenti Əbülfəz Hüseynli isə bildirib ki, qarşılaşmanın maraqlı və gərgin keçəcəyini düşünür:

""Fənərbağça” – "Turan Tovuz” oyunu maraqlı bir oyun olacaq. Bu təşəbbüs, yəni "Fənərbağça”nın Bakıya gəlməsi və "Turan Tovuz”la oyun keçirməsi, çox gözəl bir təşəbbüsdür. Bilirsiniz, yəqin ki, həmin oyunda əsasən azarkeşlərin diqqəti daha çox hesabda yox, bu oyunun keçirilməsində, bu oyunun təşkilində olacaq. 

Mən inanıram ki, çox maraqlı və gərgin oyun olacaq. Hesaba gəlincə, çox güman, bərabərə də bitə bilər. Minimal fərqlə "Fənərbağça”nın qələbəsi də ola bilər. Mənim fikrimcə, belə olacaq. Mən özüm də "Fənərbağça” azarkeşi olduğum üçün çox güman ki, "Fənərbağça”nın minimal qələbəsi ilə bitəcək. Yaxşı oynayan qazansın”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Azyaşlıların hicab bağlamasına münasibətiniz necədir? – VİDEOSORĞU
13:03 02.10.2026
Azyaşlıların hicab bağlamasına münasibətiniz necədir? – VİDEOSORĞU
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
12:25 02.10.2026
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
Nailə Kələntərliyə vəzifə verildi
12:18 02.10.2026
Nailə Kələntərliyə vəzifə verildi
Ruhiyyə Rəfiyeva işdən çıxarıldı
12:16 02.10.2026
Ruhiyyə Rəfiyeva işdən çıxarıldı
Həyat yoldaşını döyən tanınmış rəqqasa cinayət işi açıldı - məhkəməyə verildi
12:15 02.10.2026
Həyat yoldaşını döyən tanınmış rəqqasa cinayət işi açıldı - məhkəməyə verildi
Sumqayıtda məktəblilər bundan zəhərlənib - FOTOLAR
12:08 02.10.2026
Sumqayıtda məktəblilər bundan zəhərlənib - FOTOLAR
İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
12:00 02.10.2026
İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
“Heydər Əliyev həmin dövrdə rəhbər olsaydı...”
11:58 02.10.2026
“Heydər Əliyev həmin dövrdə rəhbər olsaydı...”
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
11:41 02.10.2026
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
11:39 02.10.2026
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
11:36 02.10.2026
Qaxda 7 kq narkotik vasitə aşkarlandı