“Qarabağ” Avroliqanın ən intizamlı komandasıdır

“Qarabağ” Avroliqanın ən intizamlı komandasıdır
İDMAN
21:52 25.10.2019
25706
Avropa Liqasında qrup mərhələsinin III turunun oyunları keçirilib. Dünən baş tutan görüşlərdən sonra turnirin statistikası açıqlanıb. Azərbaycan təmsilçisi "Qarabağ”ın da göstəriciləri bəlli olub.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, 3 matçda 6 qol vuran Ağdam klubu 48 komanda arasında 10-cudu. Daha doğrusu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 8-11-ci pillələrə şərikdi. Bu baxımdan ən yüksək göstərici "Arsenal”dadı. "Topçular” rəqib torunu 10 dəfə silkələyiblər. "Qarabağ” vurduğu qədər də qapısında top görüb ki, bu da pis nəticələrdən sayılır. Yalnız 6 komanda "Qarabağ”dan daha çox qol buraxıb.

Ağdam klubunun futbolçuları 42 dəfə qapıya zərbə endirib. Bunlardan 18-i çərçivəyə düşüb. Bu da yuxarı göstəricilərdən biridi. Futbolçularımızın zərbəsi 2 dəfə dirəyə tuş gəlib.

"Qarabağ” ən çox paslaşan komandalardandı. Ağdam klubu 3 matçda 1578 ötürmə edib və 8-cidi. Bunlardan 1362-si dəqiq alınıb. Pas dəqiqliyi 86 faizdi. "Qarabağ”ın orta topla oynama faizi 53-dü.

Azərbaycan təmsilçisi Avropa Liqasının ən intizamlı komandasıdı. Futbolçularımız 3 görüşdə cəmi 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, başqa heç bir komandada belə göstərici yoxdu. "Qarabağ” 33 dəfə qayda pozub və 7-cı sıradadı. Əvəzində təmsilçimiz ən çox – 51 dəfə kobudluğa məruz qalıb.

Abdullah Zubir ən çox zərbə endirən futbolçulardandı. Onun 5 zərbəsinin hamısı qapıya düşüb, bunlardan biri qolla nəticələnib.

Riçard Almeyda ən çox ötürmə edən 5-ci futbolçudu. O, 246 pas verib və bunlardan 219-u ünvanına çatıb. Milliləşdirilmiş braziliyalının dəqiqliyi 89 faizdi. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb