“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi

“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İDMAN
23:44 04.03.2026
298
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.

Bununla da Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv növbəti raunda adlayıb.

Komandalar arasında Şamaxıda keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri martın 5-də reallaşacaq. Kubokun ilk yarımfinalçısı "Zirə” olub.
OXŞAR XƏBƏRLƏR