Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti aylıq reytinq siyahısını açıqlayıb. Stadium.az xəbər verir ki, siyahının ilk 400 pilləsində yeganə təmsilçimiz olan "Qarabağ" 23 pillə irəliləyib. Ağdamlılar 331-ci pillədən 308-ci yerə yüksəlib. "Qarabağ" hazırda “Uiqan”, “Sanderlend”, “Vest Hem”, “Vest Bromviç” (hamısı İngiltərə), “Almeriya”, “Rasinq”, “Sportinq”, “Osasuna” (hamısı İspaniya), “Köln” (Almaniya), “Cenoa”, “Bolonya”, “Kalyari” (hamısı İtaliya), “Monpelye”, “Tuluza”, “Velansyenn” (hamısı Fransa) kimi "böyük beşlik" təmsilçilərini qabaqlayır. Ən çox geriləyən klublardan olan “Barselona” (Ekvador) da 190-cı yerdən 344-ə enərək “Qarabağ”dan arxada qərarlaşıb.Reytinq cədvəlinin ilk iki pilləsində əvvəlki kimi "Barselona" və Madrid "Real"ı qərarlaşıb. "Mançester Yunayted" və "Portu" 3-cü və 4-cü pillələrdə yerlərini dəyişib.1. (1.) Barselona 331,02. (2.) Real Madrid 309,03. (4.) Mançester Yunayted 287,04. (3.) Portu 264,55. (7.) Inter Milan 244,06. (10.) Şalke 04 242,07. (6.) Vilyarreal 240,08. (9.) CA Velez Sarsfild 237,09. (5.) Mançester Siti 236,0 (18.) Bayern Münhen 236,0