AZXEBER.COM xəbər verir ki, "Qarabağ” növbəti mərhələ uğrunda mübarizəsini davam etdirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi səfərdə Bolqarıstanın ÇSKA klubu ilə üz-üzə gələcək. Sofiyadakı Vasili Levski Milli Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar mərhələnin ilk oyununda Bakıda qarşılaşıb. Tərəflərin mübarizəsində qol vurulmayıb və görüş 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən Sofiyadakı cavab matçı növbəti mərhələyə yüksələn komandanı müəyyənləşdirəcək.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şerif” (Moldova) – "Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Həmin cütün ilk oyununda "Makkabi” rəqibini 5:0 hesabı ilə məğlub edib.
30 iyul
UEFA Avropa Liqası
22:00. ÇSKA (Bolqarıstan) - "Qarabağ” (Azərbaycan)
Baş hakim: Bran van Den Dries (Belçika)
***
Komandaların start heyətləri bəlli olub:
ÇSKA: 21. Fyodor Lapukov, 2. Pastor, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 17. Angelo Martino, 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 6. Bruno Cordao (k), 8. Stefano Sensi, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 10. Coel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leao Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsaak Solet, 99. Ceyms Eto
"Qarabağ”: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo










































