“”Qarabağ” bu hesabla qalib gələcək” - Aqil Abbas proqnozunu açıqladı

“”Qarabağ” bu hesabla qalib gələcək” - Aqil Abbas proqnozunu açıqladı
SOSİAL
17:50 01.10.2025
549
Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirəcək. Böyük maraqla gözlənilən oyunun nəticəsi xüsusilə diqqət mərkəzindədir.

Milli Məclisinin deputatı Aqil Abbas bildirib ki, "Qarabağ”ın qələbə qazanacağına inanır:

"Həmişə olduğu kimi, "Qarabağ”ın qalib gələcəyinə inanıram. "Qarabağ” qalib gələcəyinə inamım böyükdür.

Deputat hesab təxminini də açıqlayıb: 

"Hesaba gəldikdə isə düşünürəm ki, "Qarabağ” 3:1 hesabı ilə oyundan qalib ayrılacaq”. 

Qeyd edək ki, "Qarabağ” – "Kopenhagen” matçı bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR