Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib. AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Macarıstanın "Ferenstvaroş" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. Azərbaycan təmsilçisi günün ilk yoxlama matçında Ukraynanın "Xarkov" kollektivinə 2:6 hesabı ilə məğlub olub. Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.