“Qarabağ” - “Dinamo” oyunu - Saat neçədə, hansı telekanalda?

“Qarabağ” - “Dinamo” oyunu - Saat neçədə, hansı telekanalda?
İDMAN
10:51 13.08.2026
387
"Qarabağ” klubu bu axşam UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

AZXEBER.COM xəbər verir ki, Bakıda keçiriləcək "Qarabağ”  - "Dinamo” (Kiyev) oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq. Matç CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş "Dinamo”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR