Qarabağ dünən, bu gün və ...

Qarabağ dünən, bu gün və ...
Bütün Xəbərlər
02:15 20.12.2012
1533

Orxan Muxtarlı

 Belarus Dövlət Universitetin Magistrantı

İndi Belarusiyada jurnalistika ixtisası üzrə magistr təhsili alıram.Belarus Dövlət Universitetin nəzdində olan jurnalistika institutunda mənə Azərbaycandan ilk magistr olduğum və indiyənəcən Azərbaycan mətbuatı ilə bağlı heç bir elmi işin yazılmadığını və bu sahədə boşluğun olduğunu deyəndə çox düşünmədən “Azərbaycan mətbuat tarixi”-ni mövzu olaraq götürdüm.Yollandım elmi rəhbərim olan Profesor Dasayevanın yanına. Ona bildirəndə ki, bizim ziyalılarımız həm də Qarabağ məsələsini qabardıblar, olarmı bu barədə yazım, çox emosianal halda “sən gəncsən, bu sənin nəyinə lazımdır axı?!” - deyib rədd cavabını verdi.Erməni məsələsinə görə Minsk İdarəçilik Universitetindən qovulduğumu nəzərə alaraq bəxtimi bir daha sınamamağa qərar verdim.Amma nə edim, araşdırdığım materiallarda çox qiymətsiz, Qarabağla bağlı Üzeyir Hacıbəylinin məqalələri çıxır.Onları oxuyub cəmiyyətin diqqətinə çatdırmamaq məncə vicdansızlıq olar.Ona görə çıxış yolunu belə tapdım: Qarabağla bağlı yazıları azərbaycanlı oxucu üçün, digər materialları isə belarus oxucusu üçün yazım. Bu günkü yazım Üzeyir Hacıbəylinin 1918-ci ildə “Andranik məsələsi” adlandırdığı məqaləsini, o zaman və bu gün mövzunun aktuallığını araşdıracağam. Keçək əsas məsələyə.

Üzeyir Hacıbəyli müsiqiçi olmaqla yanaşı, həm də Azərbaycanımızın ən şanlı jurnalistlərindən biri olduğunu desəm məncə yanılmaram.Onun mətbuatda çap olunan məqalələrinin bizim üçün dəyəri məncə yaratdığı musiqilərdən heç də az deyil.Bu gün qarşıma çıxan, 1918 –ci ildə yazılan “Andranik Məsələsi” adlı məqaləsindən bir neçə sitat gətirmək istərəm

Sitat:

İngilis komandasının və qismən bizim hökumətimizin təhriri və şifahi tədbirinə rəğmən Qarabağ əhalisinin dadü fəryadını yenə də eşitməkdəyik.

Aşkardır ki, Bakıdan deyilən sözlər, nəsihətlər və xəbərdarlıqlar, hətta general Tomsonun təhdidi belə Andranikə heç də əsərr eyləmir. O öz işindədir. Müsəlman kəndlərini dağıdır, əhalisini öldürür, ya qaşırdır, arvadların irzü namusuna sataşır, əsir edir, ərzi-qüvvətcə zəif yerlərimizə soxulub bildiyini edir və Bakıdan gedən sifarişlərə-aşkardır ki, məhəl-güzar olmayır.

Üzeyir HACIBƏYLİ 

                                                                                                                    “Azərbaycan”

                                                                                               15 dekabr 1918-ci il, N_65

 

Bu məqalə 1918 cu ildə yazılıb. Üzeyir Hacibəylinin məqalələrini araşdıranda görürəm ki, 1905 - ci ilə aid “Şuşa qırğınına dair” məqaləsində hey müsəlmanların qırğınından yazır. Təsəvvür edin, bir əhali neçə il qırğınlarda yaşayaraq və əli yalın düşmənlərə sinə gələrək öz hökümətini qurması sadəcə bizim millətin necə mərd bir millət olduğunun varis nümunəsidir.Məsələnin ikincitərəfi cumhuriyyət dönəmində olduğu kimi, bu erməni cəlladları 1988 ci ildə də “Ovçu” adlı iki min nəfərlik qruplaşma yaratmış və bu qruplaşma Qarabağda kəndləri yandırır ,insanları öldürürmüş. O zamanda “sülh yaradanların” sözünə qulaq asmayaraq öz əməllərindən çəkinmirdilər.Daha sonra buna erməni diasporası və Ermənistan dövləti qatılaraq öz havadarları ilə 20 faiz torpağımızı işğal etdilər. Keçək Üzeyir Hacıbəylininbu məsələ ilə bağlı göstərdiyi həlli yoluna.

Sitat:

Belə olan sürətdə bir quldurun yanına “deleqat” göndərmək, onu kağız vasitəsilə quldurluqdan mənqılmaq və ya həddini bildirmək üçün teleqram vasitəsilə təhdid etmək nə hökumətimizin şanına layiqdir, nə ingilis komandasının və bir də məşhur məsəldir ki, “Quran oxumaqla donuz darıdan çıxmaz”, quldurların qabağına lazım olan qədər güc göndərmək istər ki, dəstəsini də, özünü də dəstgir edib məhkəmə qarşısına gətirsin və cəzai-cəzasına çatmaq üçün təhti-mühakiməyə verilsin.

Üzeyir HACIBƏYLİ 

                                                                                                                    “Azərbaycan”

                                                                                               15 dekabr 1918-ci il, N_65

 

Burada göründüyü kimi, o zamanın Tomsonları və indiki zamanda olan üçlüklər bu məsələnin həllində nə qədər çalışsa da heç bir uğur qazana bilməyəcəklər. Bilmirəm, bəlkə bu məsəllərin həll olunmasında bəlkə maraqlı deyillər - bunu deyə bilmərəm. Çünki bəllidir ki, əgər biz o zaman 10 minlik qoşunumuzu ermənilərlə savaşa yollamasaydıq Azərbaycanda nə sovetlər qurulacaqdı, nə də Qarabağın bir hissəsi olan Zəngəzur əldən gedəcəkdi. İndi də Azərbaycanın başı elə bu bəlaya qarışıb ki, tam qüvvəsi ilə inkişaf etməsin. Üzeyir Hacıbəylinin Andranikin qoşunların darmadağın olunması və bu cəlladın məhkəmə qarşısına çıxarılma təklifi bu gündə keçərlidir.Unutmaq lazım deyil ki, Xocalıda törədilən soyqırıma birbaşa cavabdeh olan şəxslər indi Ermənistanın başındadır və öz faşist siyasətini davam elətdirirlər.O zamanlar Qarabağın General Qubernatoru Sultan bəy Sultanov və Qardaşı İsmayıl bəy Sultanov Andranik kimiləri 3 dəfə yerində otuzdurmağı bacarmışdı, hətta bir dəfə İrəvan yaxınlığında biz qələbə çalmışdıq. O zaman İngilislər bu məsələyə qarışaraq təcili sülh planını imzaladaraq erməniləri bu vəziyətdən çıxara bilmişdilər. İndi isə, indiki zamanın azərbaycanlıları, sıra bizdədir. Heç bir böyük qardaş bizə yardımçı olmayacaq , unutmaq lazım deyil ki, böyük qardaşlar köməyə görə böyük rüşvətlər də tələb edir.Ona görə də indi dövlətimizin yürütdüyü düzgün siyasət nəticəsində ordumuz dahada güclənir, silahlarımız dahada qüvvətlənir. Elə bu məqalədə Üzeyir Hacıbəyli bu mövzuya toxunaraqda çox gözəl fikir söyləyir

Sitat:

Andraniklər dəxi türklər gedəndən sonra baş qaldırıb zənn etməsinlər ki, biz qoşunsuz və əsgərsiz qalmışıq. Lazım olan yerdə hamımızın arvadlarımıza qədər əsgər olduğumuzu andraniklər içində bilənlər yox deyil zənn edirəm

Üzeyir HACIBƏYLİ 

“Azərbaycan”

                                                                                               15 dekabr 1918-ci il, N_65

 

Burda çox gözəl bildirilir ki, bizim qadınlarımızın da şücaəti az deyil. Həm XX əsrin əvvələrində, həm də sonlarında qadınlarımız bunu dönə -dönə göstərmişlər. Amma asta olmalıyıq, 1920-ci ildə olduğu kimi, bizim ordu erməni cəlladları ilə məşğul olanda Qızıl Ordu şimaldan torpaqlarımıza soxulmuşdu. Xəbərlərdə oxuduğuma görə Rusiya cənub dairəsi kütləvi şəkildə Şimali Qafqazda əsgər və silahlı texnika cəmləyir. Biz tarixə baxıb bundan da ibrət götürməliyikvə “ikinci ordu” yaratmalıyıq.Məncə bu qüvvə sərhəd qoşunları ola bilər ki, Milli Ordudan sonra ən çox canlı qüvvəyə sərhəd qoşunları malikdir. Lazım olan halda, əgər ikinci cəbhə açılarsa düşmənin önünə çıxa bilsin və milli ordunun qüvvələri ikiyə parçalanmasın.Çox sevindirici haldır ki, sərhəd qoşunları üçün alınan yeni döyüş helikopterləri və hərbi maşınlar bu qoşun növünün döyüş potensialını gücləndirir. Necə deyərlər, şər deməsən xeyir gəlməz.Əlbəttə, biz o zaman olduğu kimi bu gün də sülh isəyirik, amma unutmamalıyıq ki, sülh istəyən xalq döyüşə hazır olmaldır.

Məncə burda məqaləmi bitirməliyəm və son sözüÜzeyir Hacıbəylinin bildirdiyi bir fikirlə bitirmək istəyirəm “Quran oxumaqla donuz darıdan çıxmaz”!

OXŞAR XƏBƏRLƏR