"İdeal Gələcək” gənclər ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qarabağ döyüşlərində iştirak edən qazilərin gənclərlə görüşlərinin təşkili” layihəsi uğurla başa çatdı.
AZXEBER.COM xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik ruhunda marifləndirmə işi aparmaq, gənclər arasında fiziki psixoloji, mənəvi hazırlıq, vətənpərvərlik ruhunun qaldırılması ilə bağlı torpağa təbiətə, keçmişə, bu günə, gələcəyə, dövlətçiliyə və tarixi milli mədəni və əxlaqi dəyərlərinə ehtimatla yanaşmaları, öz qüvvəsinə inamın mərdlik və qətiyyətliyin, təşəbbüskarlıq və və zirəkliyin, inadkarlığın, dözümlülük və soyuq qanlılıq kimi keyfiyyətlərin gənclər arasında təşviq etməkdir.