Qarabağ əlilləri və şəhid ailələrinə şad xəbər

Qarabağ əlilləri və şəhid ailələrinə şad xəbər
Bütün Xəbərlər
15:12 25.04.2014
1359
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin evlə təmin olunması üçün hazırda inşası başa çatmış binalardan satınalmalarla mənzil alınması nəzərdə tutulur.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, nazirlik tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, sözügedən şəhərlərdə 1860 nəfərin evlə təmin olunmasına ehtiyac var. Respublikanın digər şəhər və rayonlarında isə ümumilikdə 3800 nəfər ev növbəsi gözləyir. Bunun üçün həmin şəhər və rayon icra hakimiyyətlərinin əlil və şəhid ailələrinə torpaq sahəsi ayırması üçün mütəmadi müzakirələr aparılır. Torpaq sahəsi ayrıldıqdan sonra bu şəxslərə fərdi evlər tikilə bilər.
OXŞAR XƏBƏRLƏR