"Qarabağ" Bakıda "Sürix"i məğlub etdi

"Qarabağ" Bakıda "Sürix"i məğlub etdi
İDMAN
21:39 19.07.2022
479
 "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. 

AZXEBER.COM-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gəlib. 

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma "köhlən atlar"ın üstünlüyü ilə başlayıb. 2-ci dəqiqədə Filip Ozobiçin fərqlənməsinə qapıçı Yanik Brexer mane olub. Ardınca, Riçar Almeydanın zərbəsi qapının yanından keçib. 9-cu dəqiqədə Elvin Cəfərquliyev də qapıçı səddini keçə bilməyib. Əvəzində 17-ci dəqiqədə Kadi Borges hesabı açıb. Qolun artından İbrahima Vadji əlinə düşən əlverişli imkanı boşa verib. 27 yaşlı seneqallı hücumçu 36-cı dəqiqədə istəyinə çataraq qonaqları növbəti dəfə məyus edib. 

İkinci yarının əvvəlində də "Qarabağ" hücum edən tərəf olub. 50-ci dəqiqədən sonra İsveçrə təmsilçisi hücumlarının sayını artırıb. "Sürix"in bir neçə təhlükəli epizodunda qapıçı Şahruddin Məhəmmədəliyev topun qapıdan keçməsinə imkan verməyib. Bir saatın tamamında Filip Ozobiçin yerinə meydana Ramil Şeydayev daxil olub. 65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Qonaqların sevinci çox çəkməyib. Bir dəqiqə sonra İbrahima Vadji özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 71-ci dəqiqədə Elvin Cəfərquliyev yerini Toral Bayramova, Marko Yankoviç isə İsmayıl İbrahimliyə verib. 78-ci dəqiqədə Kvabena Ovusu görüşdə dubl edən İbrahima Vadjinin, Abbas Hüseynov Marko Veşoviçin yerinə meydana daxil olub. 85-ci dəqiqədə Mirlind Kryeziu penaltini dəqiqə yerinə yetirməklə hesab arasındakı fərqi minimuma endirib. 

Beləliklə, "Qarabağ" ilk görüşdə rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.
 
 21.39

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda daha iki qol vurulub. 

65-ci dəqiqədə qonaqların futbolçusu Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb. 

Bir dəqiqə sonra isə İbrahima Vadji özünün ikinci, "Qarabağ"ın üçüncü qoluna imza atıb. Azərbaycan təmsilçisi hazırda 3:1 hesabı ilə öndədir. 
 
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” bu gün 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək. 

AZXEBER.COM xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respubluka stadionunda İsveçrənin "Sürix” komandası ilə qarşılaşacaq.

Bu komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.
 
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb. 

"Köhlən atlar" fasiləyə 2:0 hesabı ilə öndə yollanıb. 

"Qarabağ"ın qollarını 17-ci dəqiqədə Kadi Borges, 36-cı dəqiqədə İbrahima Vadji vurub. 

20:35
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub. 

"Köhlən atlar" 36-cı dəqiqədə ikinci dəfə rəqibi mərkəzə dəvət edib. 

Bu dəfə İbrahima Vadji fərqlənib. 

20:17
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. 

"Köhlən atlar" 17-ci dəqiqədə topu rəqib qapısından keçirib. 

"Qarabağ"ın qolunu Kadi Borges vurub. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb