“Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun!

“Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun!
SOSİAL
16:37 29.05.2025
808

26 iyun 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi, eləcə də "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə "Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə iştirak edəcəklər.

Opera janrında təqdim olunacaq konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.

Məlumat üçün bildirək ki, konsertin biletləri artıq satışa çıxarılıb. Biletləri iTicket.az saytından və satış məntəqələrindənəldə etmək mümkündür.

Bilet əldə etmək, eyni zamanda konsertin proqramı ilə tanış olmaq üçün linkə keçid edin:https://iticket.az/events/concerts/karabakh-night-charity-concert010/157313

Xatırladaq ki, bu günə qədər ikisi Bakıda (2022 və 2024), biri Gəncədə (2023), biri isə Şuşada (2024) olmaqla 4 analoji konsert təşkil olunub.

Konsertlərdən əldə edilən 400 min AZN-ə yaxın vəsait işğaldan azad edilən ərazilərdə mədəniyyət obyektlərinin, o cümlədən Ağdamda yerləşən Pənahəli xanın İmarət Kompleksinin bərpasına və yenidən qurulmasına, eyni zamanda Şuşa şəhəri üçün "Yamaha” istehsalı olan böyük konsert royalının alınmasına yönəldilib.

Builki konsertdən əldə ediləcək bütün vəsait isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsindəqazandığı möhtəşəm tarixiZəfərinictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək.

Əziz həmvətənlərimiz, bu günə qədər bir çox insan bilet əldə edərək işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə öz töhfəsini verib. Sizi də doğma Qarabağın bərpasını dəstəkləmək üçün "Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet əldə etməyə və bu möhtəşəm klassik musiqi axşamının iştirakçılarından biri olmağa dəvət edirik.

Gəlin bir daha həmrəylik göstərək və sənətin gücü ilə Qarabağın dirçəlişinə bir addım da yaxın olaq. Unutmayın ki, hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.

Həmrəy olaq, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ştaynmayer Çini beynəlxalq nizamın qorunmasına töhfə verməyə çağırıb
18:35 30.10.2026
Ştaynmayer Çini beynəlxalq nizamın qorunmasına töhfə verməyə çağırıb
"Mançester Yunayted" qışda Dominik Kalvert-Lyuini heyətinə qatmağa çalılşacaq
18:12 30.10.2026
"Mançester Yunayted" qışda Dominik Kalvert-Lyuini heyətinə qatmağa çalılşacaq
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
17:53 30.10.2026
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:40 30.10.2026
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
17:28 30.10.2026
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?