“Qarabağ” hansı hallarda qrupdan çıxa bilər?

İDMAN
15:28 08.11.2019
8096
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə uduzan "Qarabağ" növbəti mərhələyə yüksəlmək şansını azaldıb. Komanda qalan iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər. Bakıda heç-heçə edib, öz meydanında qələbə qazanan APOEL şəxsi görüşlərdə üstündü və yekunda xallar bərabər olsa, Kipr klubu 1/16 finala çıxacaq.

4 turdan sonra 12 xal yığan "Sevilya" təkcə növbəti mərhələni yox, qrup liderliyini də təmin edib. "Qarabağ"la APOEL-in 4 xalı var - öz aralarındakı oyunlara görə Nikosiya təmsilçisi 2-cidi. 3 xalla sonuncu yerdə qərarlaşan "Düdelanj"ın da növbəti mərhələ şansı qalır.

Komandaların real gücünü və qrupdakı mövcud durumu nəzərə alsaq, "Qarabağ" hansı hallarda 1/16 finala yüksələ bilər? İlk növbədə onu qeyd edək ki, bu, o qədər də yüksək ehtimal deyil və sürprizlər sayəsində reallaşa bilər.

APOEL-in "Düdelanj"la səfər, "Sevilya" ilə ev oyunu qalıb. "Qarabağ" isə İspaniyaya səfər edəcək, lüksemburqlularla öz meydanında qarşılaşacaq.

Əgər növbəti tur "atlılar" Sevilyadan xalla dönə bilməsə, APOEL "Düdelanj"ı məğlub etməklə mərhələ adlayacaq. Azərbaycan təmsilçisi İspaniyada ən azı 1 xal əldə etsə, Kipr klubu səfərdə qələbə qazansa belə, ikinci pillənin sahibi son turda müəyyənləşəcək.

Hazırda qrupda bir çox şey "Sevilya"nın qalan oyunlara necə yanaşmasından asılıdır. Növbəti mərhələyə vəsiqə problemini həll edən əndəlusiyalıların növbəti matçlara ciddi yanaşmayacağı güman edilir. Belədə, "Qarabağ"ın səfərdə, APOEL-in evdə bu komandadan xal alması inandırıcıdır. Bu isə o anlama gəlir ki, təmsilçimiz üçün "Düdelanj" - APOEL görüşü xüsusi əhəmiyyətə malikdi. Artıq bu mövsüm bir dəfə sürprizə imza atıb, səfərdə kiprliləri məğlub edən "cırtdan ölkə" təmsilçisi öz meydanında da ən azı uduzmamalıdır. Lüksemburqda heç-heçə qeydə alınsa, "Qarabağ" da öz növbəsində Sevilyadan xalla qayıda bilsə, Bakıda "Düdelanj"ı məğlub etməklə mərhələ keçmək olar. Bunun üçün "Sevilya"nın da səfərdə APOEL-ə uduzmaması lazımdır. İspaniyadan xalsız qayıtmaqla da qrupdan çıxmaq olar. Bunun üçün yenə "Düdelanj" öz meydanında APOEL-ə uduzmamalı, "Sevilya" son turda Kiprdə qalib gəlməli, "Qarabağ" isə Lüksemburq klubunu məğlub etməlidir.

"Qarabağ" üçün ən yaxşı ssenari isə bir qədər fantastik görünür. Komanda səfərdə "Sevilya"nı məğlub edə bilsə, 1/16 final mübarizəsində favoritə çevriləcək. Bu halda hətta APOEL-in "Düdelanj"ı məğlub etməsi də bizi qorxutmamalıdır. Son turda "Qarabağ" özü Lüksemburq klubunu məğlub edib, "Sevilya"nın Kiprdə uduzmamasını gözləməlidir.
 
///Futbolpress

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:38 05.12.2020

Ter-Petosyan: “Prosesin belə davam etməsi həm də Ermənistan dövlətçiliyinin sonu olacaq”

23:35 05.12.2020

Ermənistanın sabiq xidmət rəisi: Dövlət orqanları daha Paşinyana tabe olmur

22:43 05.12.2020

Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO

22:09 05.12.2020

Ruhi Əliyeva da koronavirusa yoluxdu

22:08 05.12.2020

Türkiyədə həftəsonları 56 saat “evdə qalmaq” rejimi tətbiq olunur

21:25 05.12.2020

Parsidə etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə etdi

20:56 05.12.2020

Daşkəsəndə avtomobil aşdı, sərnişini öldü

20:37 05.12.2020

Çində mədəndə partlayış nəticəsində onlarla insan həlak oldu

20:17 05.12.2020

Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi

20:04 05.12.2020

Prezidentə yazırlar: "Bu xoşbəxtliyi bizə Sizin dəmir iradəniz və komandanlığınız altında müzəffər Ordumuz nəsib etdi"

19:46 05.12.2020

Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötdü

19:34 05.12.2020

Dünya Bankı: Yoxsulluq həddində yaşayan insanların sayı artacaq

19:07 05.12.2020

Ötən gün yaşayış yerini tərk edən 18 aktiv koronavirus xəstəsi saxlandı

18:40 05.12.2020

Sarqsyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"

18:18 05.12.2020

Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO

18:10 05.12.2020

Köçəryan: "Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir"