"Qarabağ" HİK-i keçsə, bu klubla qarşılaşacaq

İDMAN
15:37 16.08.2023
178
"Qarabağ" Finlandiyanın HİK klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdəki rəqibi məlum olub. 

AZXEBER.COM xəbər verir ki, "Qalatasaray" Çempionlar Liqasının üçüncü mərhələsinin cavab görüşündə Sloveniya "Olimpiya”sına qalib gəlib (1:0). "Sarı-qırmızılılar” səfərdəki ilk matçda da rəqibini məğlub etmişdi (3:0).

Beləliklə, "Olimpiya” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu mərhələdə onların rəqibi "Qarabağ” (Azərbaycan) - HİK (Finlandiya) cütünün qalibi olacaq. İlk qarşılaşma avqustun 24-ü "Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk oyunda Bakıda qələbə qazanıb (2:1). Cavab görüşü avqustun 17-də Helsinkidə olacaq.
OXŞAR XƏBƏRLƏR