Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Matçın baş hakimi israilli Roy Reinsreyberdir.
Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.