Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ” – "Kopenhagen” matçının ən yaxşısı müəyyənləşib.
AZXEBER.COM Apasport.az-a istinadən məlumatına görə, UEFA 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin futbolçusu Mahir Mədətovu fərqləndirib.
Qarşılaşmanın taleyini həll edən qolun müəllifi görüşün ən yaxşısı adını qazanıb.
Qeyd edək ki, UEFA hər avrokubok matçının gedişindən ən yaxşını seçir.