“Qarabağ” ÇL-də ilk qolunu vurdu - Video + Yenilənir

“Qarabağ” ÇL-də ilk qolunu vurdu - Video + Yenilənir
SOSİAL
20:47 27.09.2017
2852
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi İtaliyanın "Roma” klubunu qəbul edəcək.
 
Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılıb.
 
Qeyd edək ki, qrupun digər oyununda "Atletiko” "Çelsi”ni qəbul edəcək.
 

"Qarabağ" "Çelsi" ilə matçda olduğu kimi, yenə erkən qol buraxdı. Kostas Manolas "Roma"nı hesabda önə çıxardı.
 
***
 
"Roma" fərqi 2 topa çatdırır. 15-ci dəqiqədə Edin Dzeko müdafiəçinin asanlıqla keçərək topu qapıya göndərir.
 
***
 
Pedro Enrike fərqi azaltdı. Bu, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində ilk qolu kimi tarixi yazıldı Hazırda hesab 1-2-dir.
 

OXŞAR XƏBƏRLƏR