“Qarabağ” “Linfild”ə qarşı - Start heyətlər açıqlandı

“Qarabağ” “Linfild”ə qarşı - Start heyətlər açıqlandı
İDMAN
19:03 29.08.2019
5455

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

 Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ” da növbəti oyununa çıxacaq. 
 
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın "Linfild” klubu ilə qarşılaşacaq. 
 
Belfastda baş tutan ilk oyunda 2:3 hesabıyla məğlub olan Ağdam təmsilçisinə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda 1:0 hesablı qələbə də bəs edəcək.
 
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust

 
20:00. "Qarabağ” - "Linfild”
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 

"Qarabağ”: 1. Vaqner Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev, 8. Miçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli 14. Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye

"Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Stefan Fallon, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment

OXŞAR XƏBƏRLƏR