"Qarabağ" Macarıstan klubu ilə heç-heçə edib

"Qarabağ" Macarıstan klubu ilə heç-heçə edib
İDMAN
22:28 03.08.2022
444
Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

AZXEBER.COM xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyuna fəal başlayan Ağdam təmsilçisi ilk təhlükəni 11-ci dəqiqədə Filip Ozobiçlə yaradıb. Lakin xorvatiyalı yarımmüdafiəçi hədəfdən yayınıb. 3 dəqiqə sonra İbrahim Vadjinin zərbəsini qapıçı Deneş Dibus dəf edib. 17-ci dəqiqədə qonaqlar hesabı açıblar. Frank Boli fərqlənib. 28-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev rəqibin 2-ci qolu vurmasına mane olub. 34-cü dəqiqədə "Qarabağ” hesabı bərabərləşdirib. Filip Ozobiçin cərimə zərbəsini qapıçı qaytarsa da, topa hamıdan birinci çatan Kvabena Ovusu tarazlığı bərpa edib. 38-ci dəqiqədə Adama Traore Məhəmmədəliyevlə üzbəüz qalsa da, Azərbaycan millisinin qolkiperi komandasını real qoldan xilas edib. 44-cü dəqiqədə Vadji sürətli əks hücumu məntiqi sonluqla başa çatdıra bilməyib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Vadji qonaqları 2-ci dəfə meydanın mərkəzinə dəvət etsə də, VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna məhsuldar ötürməni verən Marko Veşoviçin topu qəbul edərkən ofsaydda olması səbəb olub. Birinci hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci yarıda "Ferentsvaroş”u tamamilə müdafiə olunmağa məcbur edən "köhlən atlar” 50-ci dəqiqədə Vadji ilə növbəti dəfə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin son anda müdafiəçilər seneqallı hücumçunun fərqlənməsinin qarşısını alıblar. 59-cu dəqiqədə Marko Veşoviçin sağ cinahdan zərbəsini qapıçı çətinliklə küncə çıxarıb. 66-cı dəqiqədə sürəti hesabına 2 müdafiəçini geridə qoyan Vadji topa istədiyi kimi zərbə endirə bilməyib. 2 dəqiqə sonra isə qonaqlar 2-ci qolu vurmağa yaxın olublar. Şahruddin Məhəmmədəliyevin çıxışda səhvə yol verməsindən sonra komanda yoldaşları topu boş qapıdan çıxararaq, onu sığortalayıblar. 81-ci dəqiqədə Ovusunun cərimə zərbəsindən vurduğu top az fərqlə dirəyin yanından qapı xəttini tərk edib. 82-ci dəqiqədə "Qarabağ”ın yeni transferi Julio Romao meydana daxil olub. Ağdam klubunda ilk oyununa çıxan braziliyalı yarımmüdafiəçi Marko Yankoviçi əvəzləyib. 86-cı dəqiqədə Ramil Şeydayev sol cinahda iki müdafiəçini geridə qoyub qapı qarşısına ötürmə etsə də, Bəhlul Mustafazadə topa toxuna bilməyib. 89-cu dəqiqədə "Ferentsvaroş"dan Tokmak Nquenin zərbəsi qapının üstündən keçib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə cərimə meydançasındakı qarışıqlıq zamanı Məhəmmədəliyev topu tutaraq, təhlükənin qarşısını alıb. Ardınca "Qarabağ"ın hücumu zamanı Vadjinin zərbəsini Dibus dəf edib. Son dəqiqələrdə komandaların səylərinə baxmayaarq, qarşılaşmada qalib müəyyənləşməyib.

Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq