“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”

SİYASƏT
21:48 22.10.2020
1452
"Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil, bu münaqişə dostlarımızla baş verir”.

"RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Valday” müzakirə klubunun iclasında çıxışı zamanı deyib.

"Bizim üçün bu, xüsusi vəziyyətdir. Bəli, 92-ci ildə qrup yaradılıb. Həmsədrlər kimi Rusiya, Fransa, ABŞ-ın üzərinə danışıqlar prosesini təşkil etmək məsuliyyəti düşür. Mən yüz faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə səy göstərir, ancaq heç kim bu işdə Rusiya qədər maraqlı deyil”, - deyə V.Putin qeyd edib.

Onun sözlərinə görə, rusiyalılar üçün "bütün bunlar canlı” baş verir.

"Bütün bunlar yalnız gözlərimiz qarşısında deyil, həm də bizim insanlarımız, dostlarımız, qohumlarımızla baş verir”, - Rusiya lideri qeyd edib.

OXŞAR XƏBƏRLƏR