Bu gün Topaz Premyer Liqasında XXXII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, turun son üç oyunu bir gündə baş tutub.
İlk olaraq meydana bürünc medallara iddiasını davam etdirən “İnter” çıxıb. “Bankirlər” “Sumqayıt”ı qəbul ediblər. Azarkeşlərin 4 qola şahidlik etdiyi matçda qalib müəyyənləşməyib. Hərəyə 2 dəfə fərqlənən komandalar yekunda 1 xala qane olublar. Bu nəticədən sonra hər iki kollektivin turnir cədvəlindəki mövqelərində dəyişiklik olmayıb.
“Bürünc”ün daha bir iddiaçısı “Qəbələ” də ev matçına çıxıb. Roman Qriqorçukun yetirmələri "Neftçi"ni qəbul edib. Qəbələlilər də 2 qol vursalar da, yekunda qələbəyə həsrət qalıblar. Belə ki, qonaqlar da bir o qədər fərqlənərək səfərdən 1 xalla qayıda biliblər.
Günün və turun son oyununda isə Azərbaycan çempionunun adına aydınlıq gəlib. Belə ki, Zirədə keçirilən matçda “Qarabağ” meydan sahiblərinə qalib gələrək ardıcıl üçüncü, ümumilikdə isə 4-cü çempionluğunu rəsmiləşdirib. Rəqibi ilə xal fərqini 15-ə çatdıran ağdamlılar sona 4 tur qalmış izləyicisi üçün əlçatmaz olub.
Topaz Premyer Liqası
XXXII tur
1 may (bazar)
“Zirə” – “Qarabağ” - 0:2
Qollar:Dani, 28, Reynaldo, 74
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid MəmmədovZirə İdman Kompleksinin stadionu
Mövsümün əvvəlki oyunları: 1:4, 0:0, 0:2
“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev(k), 6. Vüqar Mustafayev, 11. Viktor İqbekoyi, 10. İqor İvanoviç, 60. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 9. Nelson BonillaEhtiyat oyunçular:85. Kamal Bayramov, 27. Rəşad Abdullayev, 28. Təmkin Xəlilzadə, 17. Nicat Qurbanov, 39. Sadiq Quliyev, 32. Luiz Alberto Diez, 38. İlkin MuradovBaş məşqçi:Adil Şükürov
“Qarabağ”:13. İbrahim Şehiç 2. Qara Qarayev 10. Dani 25. Ansi Aqolli 14. Rəşad Sadıqov (k) 18. İlqar Qurbanov 20. Riçard Almeyda 22. Əfran İsmayılov 55. Bədavi Hüseynov 90. Samuel Armenteros 91. Coşqun DiniyevEhtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev 5. Maksim Medvedev 9. Reynaldo Silva 8. Migel Madera 32. Elvin Yunuszadə 77. Cavid Tağıyev 97. Mahir Mədətov
Baş məşqçi:Qurban Qurbanov
“İnter” – “Sumqayıt” - 2:2
Qollar:Mirsahib Abbasov, 11, Nika Kvekveskiri, 90+3- Vaqif Cavadov, 6, Amil Yunanov, 19
Qırmızı vərəqələr:Kamran Ağayev, 27 ("İnter") - Cəmil Hacıyev, 90+3 ("Sumqayıt")
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov“İnter Arena”
Mövsümün əvvəlki oyunları: 1:1, 2:3, 1:0
“İnter”:1. Kamran Ağayev, 3. Denis Silva, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 12. Ruslan Əmircanov, 7. Nika Kvekveskiri, 19. Mirhüseyn Seyidov, 23. Sezar Meza Kolli, 11. Rauf Əliyev, 77. Mirsahib Abbasov
Ehtiyat oyunçular:79. Georgi Lomaya, 2. Sertan Taşkın, 9. Qara Qarayev, 17. Vüqar Nadirov, 20. Yuri Fomenko, 6. Laşa Salukvadze, 33. Aqşin
Baş məşqçi:Zaur Svanadze
“Sumqayıt”:1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 27. İsmayıl Babayev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov
Ehtiyat oyunçular:94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 9. Əli Əlimərdanlı, 23. İlqar Hüseynov, 25. Ayaz Mehdiyev, 18. Aleksandr Çertoqanov, 95. Samir İbrahimov
Baş məşqçi:Samir Abasov
“Qəbələ” – “Neftçi” - 2:2
Qollar:Aleksey Qay, 21 (pen.), Rəşad Sadiqov, 51 - Ruslan Qurbanov, 34, Elşən Abdullayev, 64
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil ƏhmədovQəbələ şəhər stadionu
Mövsümün əvvəlki oyunları: 1:0, 0:1, 2:1
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Pavel Paşayev, 6. Rəşad Sadiqov (k), 8. Məhəmməd Mirzəbəyov, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 25. Qismət Alıyev, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 69. Aleksey AntonovEhtiyat oyunçular:33. David Pietrzkeviç, 4. Elvin Camalov, 7. Ermin Zets, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 34. Urfan Abbasov, 66. Samir ZərgərovBaş məşqçi:Roman Qriqorçuk
“Neftçi”: 1. Aqil Məmmədov (k),3. Jairo Filyo Rodriges, 6. Aylton Silva, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular:53. Maksim Vaylo, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 20. Salas Quinta Antonio, 14. Məhəmməd Qurbanov, 18. Elşən RzazadəBaş məşqçi:Vəli Qasımov
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 32 | 23 | 6 | 3 | 59-19 | 75 |
2 | Zirə | 32 | 17 | 9 | 6 | 39-24 | 60 |
3 | Kəpəz | 32 | 14 | 10 | 8 | 42-35 | 52 |
4 | İnter | 32 | 13 | 11 | 8 | 30-23 | 50 |
5 | Qəbələ | 32 | 13 | 11 | 8 | 38-26 | 50 |
6 | AZAL | 32 | 13 | 6 | 13 | 24-29 | 45 |
7 | Neftçi | 32 | 10 | 10 | 12 | 31-35 | 40 |
8 | Sumqayıt | 32 | 6 | 12 | 14 | 34-45 | 30 |
9 | Xəzər L | 32 | 3 | 5 | 24 | 12-42 | 14 |
10 | Rəvan | 32 | 4 | 8 | 20 | 22-53 | 14 |
* “Rəvan”ın hesabından 6 xal silinib
Bombardir: Nelson Bonilla (“Zirə”) - 14