Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AZXEBER.COM xəbər verir ki, "Qarabağ" 3-cü mərhələdə Finlandiya HİK-ini keçsə, pley-offda "Olimpiya” (Sloveniya) – "Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
"Olimpiya” (Sloveniya) və "Qalatasaray” (Türkiyə) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəklər.
Qeyd edək ki, pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.