"Qarabağ” – "Qalatasaray” oyununa bilet satışı davam edir.
Klubdan AZXEBER.COM-a verilən məlumata görə, xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün saat 11:00-da satışa çıxarılıb.
2 saat ərzində 25 min bilet satılıb.
Ətraflı
Ad - 00:30
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, "Park Bulvar”da yerləşən "Qarabağ” FK-nın fan-şopunda, həmçinin "iticket.az” və onun satış məntəqələrində əldə etmək mümkün olacaq.
Qeyd edək ki, martın 26-da keçiriləcək qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.