"Qarabağ" - "Qalatasaray" matçının bilet qiymətləri məlum oldu

"Qarabağ" - "Qalatasaray" matçının bilet qiymətləri məlum oldu
İDMAN
14:46 14.03.2023
327

"Qarabağ” martın 26-da Türkiyənin "Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək. Matç üçün biletlərin nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, qiymətlər artıq məlumdur.

 

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, ən ucuz bilet 3 manata satılacaq.

Qarşılaşmanı VIP tribunadan izləmək istəyənlər isə 100 manatlarından keçməli olacaqlar. Bundan başqa sektorlar üzrə 5, 30 və 50 manatlıq biletlər satışa çıxarılacaq.

"Qarabağ” - "Qalatasaray” qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rəsmi açıqlama verilməsə də, matçın martın 26-da saat 20:00-da start götürəcəyi məlumdur. Görüşdən əldə ediləcək məbləğ Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcək.

OXŞAR XƏBƏRLƏR